Keçmiş bələdiyyə sədrinin evi külə döndü

Zaqatalada keçmiş bələdiyyə sədrinə məxsus fərdi yaşayış evi yanıb. APA TV-nin  məlumatına görə, aprelin 21-də axşam saat 22:18 radələrində rayonun Muxax kəndində Akif Məmmədyar oğlu Abdullayevə məxsus, ümumi sahəsi 216 kv/m olan fərdi yaşayış evində yanğın baş verib. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Zaqatala rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikası və canlı qüvvəsi cəlb edilib. Yanğın nəticəsində evin yanar konstruksiyaları və içərisində olan bir çox ev əşyaları yanaraq yararsız hala düşüb. Yanğın zamanı xəsarət alan olmayıb.

 

Faktla bağlı araşdırma aparılır. Qeyd edək ki, yanan evin sahibi Akif Abdullayev Muxax kənd bələdiyyəsinin keçmiş sədridir. Akif Abdullayev aprel ayının əvvəli öz ərizəsi ilə işdən azad olunub. 

Müəllif | Apa.Tv
Apa.tv