Bakıda 39 yaşlı qadın özünü asdı
Bakıda 39 yaşlı qadın intihar edib. APA TV-nin məlumatına görə, hadisə ötən gecə Xəzər rayonu Binə qəsəbəsindəki Südçülük Sovxozu deyilən ərazidə qeydə alınıb.
Xəzər Rayon Polis İdarəsindən verilən məlumata görə, 1977-ci təvəllüdlü Umudova Kəmalə yaşadığı evdə özünü asaraq intihar edib. Hadisə barədə polisə məlumat verilib. Olay yerinə gələn 2-ci Polis Bölməsinin əməkdaşları araşdırmalara başlayıblar. Qadının ailə üzvləri dindirilib. Daha sonra meyit müayinə üçün 3 saylı Şəhər Klinik Xəstəxanasının morquna aparılıb.
Qadının canına qıymasının hələlik səbəbi bilinməsə də, polis bu yöndə araşdırmalarını davam etdirir.