ABŞ Avropaya qaz ixracına başlayır - QİYMƏT MÜHARİBƏSİ

ABŞ Avropaya sıxılmış maye qazın ixracına başlayır. APA TV-nin "Wall Street Journal"a istinadən xəbərinə görə, artıq birinci tanker Luiziana ştatından yola düşüb. Gələn həftə tankerin Portuqaliya sahillərinə çatacağı deyilir.

Ekspertlərin rəyinə görə, yeni oyunçunun meydana çıxması Avropa bazarında qiymət dəyişikliyinə səbəb olacaq. Hətta analitiklər "qiymət müharibəsi"nin başlayacağını proqnozlaşdırırlar.

Yanacağın hazırda müşayiət olunan qiymətinin xeyli ucuzlaşacağı qaçılmazdır. Amerika xammalı ilk növbədə Rusiya qazı ilə rəqabətə girəcək. Rusiya Avropanın qaza olan tələbatının hazırda 1/3 hissəsini təmin edir.

Xatırladaq ki, ABŞ qazının min kubmetrinin dəyəri təxminən 4 dollar olacaq. Rusiya "mavi yanacağı"nın hər min kubmetrinin qiyməti isə 6 dollardır. Moskvanın bu rəqabət sayəsində qiyməti yarıbayarı azalda biləcəyi də istisna olunmur.

Müəllif | Apa.Tv
Apa.tv