Damlar uçdu, ağaclar yerindən çıxdı - GƏNCƏDƏ KÜLƏYİN FƏSADLARI

Ötən gecədən başlayaraq qərb bölgəsində əsən güclü külək Gəncə şəhərində bir sıra fəsadlar törədib. APA TV-nin qərb bürosunun verdiyi məlumata görə, şəhərin 4-cü mikrorayonunda 5 mərtəbəli binanın dam örtüyünü külək uçurub. Bundan başqa, Nəriman Nərimanov prospektində də yaşayış evinin dam örtüyü dağılıb. Şəhərin bəzi yerlərində ağaclar aşaraq elektrik naqillərini qırıb, bir necə dirək aşıb.

 

Gəncə şəhər İcra Hakimiyyəti başçısının şəhər təsərrüfatı üzrə müavini, Fövqəladə Hallar Komissiyasının sədri Mikayıl Zeynalov bildirib ki, səhər saatlarından başlayaraq təbii fəlakətin törədiyi fəsadların aradan qaldırılmasına başlanılıb.

 

Hazırda fəsadların aradan qaldırılması istiqamətində işlər görülür. 

Müəllif | Apa.Tv
Apa.tv