Erməni əsgərlər hərbi maşında bir-birini güllələdi, ölən var

Azərbaycanın işğal olunmuş ərazilərində Ermənistan ordusunun hərbçisi güllələnib. APA TV-nin erməni saytlarına istinadən xəbərinə görə, silahlı insident aprelin 21-də hərbçiləri daşıyan "UAZ" markalı maşında baş verib.

Maşında olan Yeqoryan soyadlı sıravi avtomobilin sürücüsü müddətli hərbi qulluqçu Karen Aqabekyanı güllələyib. Həmin vaxt maşın hərəkətdə olub.

Hadisə ilə bağlı cinayət işi qaldırılıb, istintaq aparılır.

Müəllif | Apa.Tv
Apa.tv