PKK Türkiyəni yenə qana boyadı: 3 şəhid

Türkiyənin şərqində PKK terrorçularının hərbi avtomobilin keçəcəyi yolda quraşdırdığı bombanı partlatması nəticəsində 3 əsgər şəhid olub. APA TV-nin Türkiyə mətbuatına istinadən xəbərinə görə, hadisə Tunceli-Əlazığ yolunun 25-ci kilometrliyində qeydə alınıb.

Partlamadan sonra yolda böyük bir çuxur yarandığından yol nəqliyyatın hərəkəti üçün bağlanılıb.

Bölgədə terrorçuların yaxalanması üçün geniş əməliyyata başlanıb. Əməliyyatlara havadan helikopterlər dəstək verir. PKK-çıların hərəkət istiqamətlərinin bombalandığı bildirilir. 

Müəllif | Apa.Tv
Apa.tv