Obama erməniləri yenə məyus etdi: “soyqırımı” demədi

 

ABŞ prezidenti Barak Obama qondarma “erməni soyqırımı”nı yenə “böyük fəlakət” (“Meds Yeghern”) adlandırıb.

APA TV-nin məlumatına görə, Obama 24 aprel ərəfəsində ənənəvi açıqlamasında yenə “soyqırımı” ifadəsini işlətməyib.

Barak Obama ABŞ prezidenti kimi 1915-ci il hadisələri ilə bağlı sonuncu müraciətində “həmin qaranlıq günlər”dən dərs götürməyin vacibliyini qeyd edib.

 

ABŞ prezidenti bildirib ki, 1915-ci ildə baş verənlərlə bağlı mövqeyini ardıcıl olaraq ifadə edib və bununla bağlı nəzər nöqtəsi dəyişməyib.

 

Barak Obamanın bu açıqlaması İngiltərəyə səfəri ərəfəsində yayımlanıb.

Müəllif | Apa.Tv