Rumıniya “Eurovision”dan qovuldu

 

Rumıniya “Eurovision-2016” mahnı müsabiqəsində itirak hüququndan məhrum edilib. APA TV-nin məlumatına görə, buna Rumıniya dövlət televiziyasının 2007-ci ildən bu yana Avropa Yayım İttifaqına yığılan borcu səbəb olub.

 

Avropa Yayım İttifaqından bildirilib ki, Rumıniya televiziyasının bu günə olan borcu 14,5 milyon avroya yaxındır. Borc aprelin 21-inədək ödənilməli idi. Rumıniya televiziyasına müsabiqənin yayımı da qadağan edilib.

 

Avropa Yayım İttifaqı bu tədbirə əl atmağa məcbur olduğunu bəyan edib. “Rumıniya hökumətinin bizim məsələnin həlli üçün göstərdiyimiz səylərə cavab verməməsindən təəssüflənirik”.

 

Qeyd edək ki, Stokholmda keçiriləcək “Eurovision-2016” mahnı müabiqəsində Ovidiu Anton təmsil etməliydi. 

Müəllif | Apa.Tv