İŞİD Türkiyəni yenə vurdu: ölənlər və yaralananlar var

Suriyada “İraq Şam İslam Dövləti” terror təşkilatının nəzarətində olan bölgədən Türkiyə ərazisinə növbəti dəfə raket zərbəsi endirilib. APA TV-nin məlumatına görə, Kilis şəhərinə iki raket mərmisinin düşməsi nəticəsində 2 nəfər ölüb, 4 nəfər isə yaralanıb.

 

Daxili müharibənin davam etdiyi Suriyadan atılan mərmilərdən biri Kilis məhkəməsinin qarşısındakı boş əraziyə, digəri isə küçələrdən birinə düşüb.

 

Hadisədən sonra əraziyə təcili yardım briqadaları və polis əməkdaşları cəlb edilib, təhlükəsizlik tədbirləri görülüb.

 

Yaralanan 6 nəfər Kilis dövlət xəstəxanasına çatdırılıb. Onlardan ikisinin həyatını xilas etmək mümkün olmayıb.

 

 

 

 

 

 

 

Müəllif | Apa.Tv
Apa.tv