Ekvadorda daha bir güclü zəlzələ: ölü sayı 600-ü keçdi

Ekvadorda aprelin 16-da baş verən güclü zəlzələ nəticəsində ölənlərin sayı 602 nəfərə çatıb. APA TV-nin "Euronews"a istinadən verdiyi xəbərə görə, 130 nəfər itkin düşmüş hesab edilir, 12 min nəfər müxtəlif dərəcəli xəsarət alıb. Bundan əvvəl təbii fəlakət nəticəsində 587 nəfərin öldüyü bildirilirdi.

Xatırladaq ki, 7,8 bal gücündə olan zəlzələnin episentri ölkənin şimal-qərb hissəsində yerləşən Pedernales şəhərində yerləşib.

Ötən gecə Ekvadorda yenidən zəlzələ olub, bu dəfəki yeraltı təkanlar isə 5,8 bal gücündə hiss edilib. Zəlzələnin episentri paytaxt Kito şəhərindən 214 km qərbdə yerləşib. Dağıntı və zərərçəkənlər barədə hələlik məlumat verilmir.

Müəllif | Apa.Tv
Apa.tv