İŞİD Suriya qırıcısını vurdu, pilotu əsir götürdü - HADİSƏ YERİNDƏN
İŞİD Suriya HHQ-nə məxsus qırıcını vurub. APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, terrorçular pilotu sağ yaxaladıqlarını bildirirlər.
Hadisə Suriya paytaxtının cənub-şərq istiqamətində qeydə alınıb.
Suriya Müdafiə Nazirliyi hərbi təyyarənin qəzaya uğradığını iddia edib.
"Qırıcı təmirdən sonra sınaq uçuşu həyata keçirib. Uçuşdan məqsəd hər hansı əməliyyata aid olmayıb. Təyyarə sadəcə qəzaya uğrayıb. Pilot katapultdan istifadə etməyə nail olub və deyəsən doğrudan da terrorçuların əlinə keçib", - deyə bildirilir.
İŞİD isə qırıcını vurduqlarını deyir və kadrları internetə yerləşdirilib.