ABŞ-da dəhşət: 8 nəfərlik ailə küçənin ortasında qətl edildi
ABŞ-ın Ohayo ştatının Pibls şəhərində naməlum şəxs 8 nəfərdən ibarət bir ailəni güllələyib. APA TV-nin "Euronews"a istinadən xəbərinə görə, aralarında azyaşlı uşaqların da olduğu ailə üzvlərinin hamısı hadisə yerindəcə ölüb.
Baş vermiş hadisə ilə əlaqədar ştat hökuməti Ohayodakı bütün məktəblərin bağlanması haqqında göstəriş verib, yollarda təhlükəsizlik tədbirləri gücləndirilib. Hadisə anından dərhal sonra əraziyə gələn polis araşdırmalara başlayıb.
Qeyd edək ki, bir qədər öncə prezident Barak Obama ABŞ-da ard-arda kütləvi qətllərin törədilməsi ilə əlaqədar vətəndaşların sərbəst şəkildə silah əldə etmək hüququnun məhdudlaşdırılması istiqamətində kampaniya başladıldığını elan edib.