Xəzərdə rus tankeri yandı: ölən var

Xəzər dənizində sahildən təqribən 110 km məsafədə Rusiya Federasiyası bayrağı altında üzən "PALFLOT 2" gəmisində yanğın baş verib.

 

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, nazirliyin Aviasiya dəstəsinin helikopterləri, Dövlət Yanğından Mühafizə Xidmətinin "Vixr-5" gəmisi və yaxınlıqda olan digər gəmilər hadisə yerinə cəlb edilib. 


Yanğın nəticəsində bir ekipaj üzvü ölüb, 18 nəfər təxliyə olunub.

 

Hadisə Həştərxandan 800 km uzaqlıqda, Xəzər dənizinin Türkmənistan akvatoriyasında baş verib.

 

 

Müəllif | Apa.Tv
Apa.tv