FES bu il uçot dərəcəsini iki dəfə artıracaq - ANALİTİKLƏR

ABŞ Federal Ehtiyatlar Sistemi bu il ərzində uçot dərəcəsini iki dəfə artıracaq. "Reuters" agentliyinin məlumatına görə, tanınmış iqtisadçıların əksəriyyəti belə hesab edir. Gələn həftə FES-in mövbəti toplantısı keçiriləcək, iqtisadçılar bu toplantıda uçot dərəcəsinin əvvəlki səviyyədə saxlanacağı fikrində həmrəydirlər. FES rəhbəri Canet Yellenin son açıqlamalarını dəyərləndirən analitiklər hesab edir ki, dolların uçot dərəcəsinin iyun ayında 0,25-0,05 faiz artırılacağı daha realdır. Bundan başqa ilin sonunda FES uçot dərəcələrinə yenidən baxa və dərəcəni növbəti dəfə qaldıra bilər. Xatırladaq ki, hazırda dolların uçot dərəcəsi 0,25-0,50% aralığında saxlanılıb.

 

Müəllif | Apa.Tv
Apa.tv