Gəncədə "Toyota" "KamAZ"a çırpıldı: ağır yaralı var

Gəncədə sürücünün xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. 

 
APA TV-nin qərb bürosunun məlumatına görə, hadisə Şah İsmayıl Xətai prospektində qeydə alınıb. 
 
Şəhər sakini, 1983-cü il təvəllüdlü Anar Fazil oğlu Əhmədovun idarə etdiyi “Toyota Prado” markalı avtomobilini işıqforda dayanan “KamAZ”a vurub. 
 
Toqquşma nəticəsində xəsarət alan Anar Əhmədov Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib, vəziyyətinin ağır olduğu bildirilir.


Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır. 

 

Müəllif | Apa.Tv
Apa.tv