Azərbaycan hərbçisi güllə yarasından həlak oldu


Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu əsgər Həsənov Təbriz Bəxtiyar oğlu ehtiyatsızlıqdan vəfat edib.

 

Müdafiə Nazirliyinin Mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Təbriz Həsənov ehtiyatsızlıqdan açılan atəş nəticəsində güllə yarası alıb.

 

Hadisə ilə bağlı cinayət işi başlanıb, Hərbi Prokurorluq tərəfindən araşdırma aparılır.

 

Müəllif | Apa.Tv
Apa.tv