Gəncədə beşotaqlı evdə yanğın baş verib
Gəncədə yaşayış evi yanıb. APA-nın Qərb bürosunun məlumatına görə, hadisə şəhərin Mirzə Abbas Abbaszadə küçəsində yerləşən beşotaqlı evdə qeydə alınıb.
Yanğın nəticəsində bir otaq yararsız hala düşüb.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Gəncə Yanğından Mühafizə İdarəsinin dörd yanğınsöndürən avtomobili və canlı qüvvəsi cəlb olunub. Alovun qonşu tikililərə keçməsinin qarşısı alınıb.
Yanğının başvermə səbəbləri araşdırılır.