Şirvanda kanala düşən 9 yaşlı uşağın meyiti tapıldı
Aprelin 20-də Baş Şirvan kollektoruna düşən Şirvan sakini 9 yaşlı məktəblinin meyiti tapılıb.
APA TV-nin məlumatına görə, Fövqəladə Hallar Nazirliyinin sularda xilasetmə qrupunun əməkdaşları 2007-ci il təvəllüdlü Əhmədov Şükür Fəxrəddin oğlunun meyitini sudan çıxarıb.
Xilasedicilər meyiti uşağın suya düşdüyü yerdən 600 metr aralıda tapıblar. Cəsəd aidiyyəti üzrə təhvil verilib.
9 yaşlı Şükür Əhmədov Şirvan şəhər 11 saylı orta məktəbin 2-ci sinif şagirdi olub. Faktla bağlı rayon hüquq-mühafizə orqanlarında araşdırma aparılır.