"Fənərbaxça" - "Trabzonspor" oyununda DAVA: Hakim döyüldü, oyun dayandırıldı
"Fənərbaxça" - "Trabzonspor" oyunu davaya görə yarıda kəsilib. APA TV-nin məlumatına görə, stadiona enən "Trabzonspor" tərəfdarlarından biri yan xətt hakimi Volkan Bayarslana hücum edərək onu döyüb.
Oyunu idarə edən hakim Bülent Yıldırım soyunma otağına qaçıb. Daha sonra o, matçın dayandırılması ilə bağlı qərar verib.
Baş verən olaylardan sonra stadiona çevik polis qüvvələri yeridilib. Qəzəbli "Trabzonspor" tərəfdarlarına müdaxilə edilib.
Qeyd edək ki, matç hesab 4:0 "Fənərbaxça"nın xeyrinə olarkən yarıda kəsilib.