İŞİD Türkiyədə məscidi vurdu: 1 ölü, 10 yaralı

Türkiyənin Suriya ilə həmsərhəd Kilis şəhərindəki məscidlərdən birinə qumbaraatan mərmisi düşüb.

 

APA TV-nin "Milliyet"ə istinadən verdiyi məlumata görə, Suriya istiqamətindən, İŞİD terror qruplaşmasının nəzarəti altında olan ərazidən atılan mərminin partlaması nəticəsində 1 nəfər ölüb, 10 nəfər yaralanıb.

 

Partlayışın gücündən ətrafdakı binaların şüşələri qırılıb. Yaralılar təcili yardımlarla xəstəxanalara çatdırılıblar.

 

Xatırladaq ki, ötən gün səhər saatlarında da Kilis şəhəri atəşə tutulub. Şəhərin Dəmirçilər məhəlləsinə 2 qumbaraatan mərmisi düşüb, nəticədə 6 nəfər yaralanıb.

Müəllif | Apa.Tv
Apa.tv