Ceyrançöl qış otlaqlarında yanğın
Tovuzda güclü yanğın hadisəsi baş verib. Bu barədə məlumatı Tovuz rayon Yanğından Mühafizə Hissəsindən veriblər. Yanğın rayon mərkəzindən 2 kilometr aralıda yerləşən Ceyrançöl Qış Otlaqlarının Su Təminatı Sistemləri İstismarı İdarəsinin qarajında baş verib. Alov təxminən 1000 kvadratmetr dam örtüyü olan qarajın 550 kvadratmetrini kül edib. Yanğının qarşısını almaq üçün əraziyə idarənin 3 avtomobili, 19 nəfər isə canlı qüvvəsi cəlb edilib. Təxminən bir saat davam edən yanğının qarşısı səhər saat 5 radələrində alınıb. Hazırda hadisə ilə bağlı araşdırma aparılır. Yanğının hansı səbəbdən baş verdiyi aydınlaşdırılır.