PKK-dan türk əsgərlərinə bombalı tələ: 2 şəhid, 2 yaralı

Türkiyənin Mardinin vilayətinin Nusaybin qəsəbəsində PKK terrorçuları tərəfindən əldədüzəltmə bombanın partlaması nəticəsində 2 əsgər şəhid olub, 2 əsgər isə yaralanıb.

 

APA TV-nin Türkiyə mətbuatına istinadən xəbərinə görə, bu gün səhər saatlarında qəsəbədə PKK terrorçularının evə yerləşdirdikləri əldə düzəldilən partlayıcı qurğu işə düşüb.

 

Ölən və yaralananların hələlik şəxsiyyətləri məlum deyil. Yaralı əsgərlər xəstəxanaya yerləşdirilib. Bölgədə genişmiqyaslı əməliyyatlara başlanılıb.

Müəllif | Apa.Tv
Apa.tv