Bakıda daha bir avtobus qəzası: polis əməkdaşı öldü

Bakıda sərnişin avtobusu qəza törədib. APA-nın məlumatına görə, hadisə bu gün səhər saatlarında “Ay işığı” restoranının qarşısında qeydə alınıb.

 

SOCAR-a məxsus avtobus “Mercedes” markalı minik avtomobili ilə toqquşub. Qəza nəticəsində bir nəfər ölüb, bir neçə nəfər xəsarət alıb.

 

Nizami rayon Polis İdarəsindən APA-ya faktı təsdiqləyiblər. Bildirilib ki, qəza nəticəsində ölən şəxs "Mercedes"in sürücüsü, polis serjantı Abbasov Kamran Abbas oğludur. K.Abbasov mühafizə polisində çalışırmış.

 

Hazırda faktla bağlı araşdırma aparılır.  

Müəllif | Apa.Tv
Apa.tv