Göygöldə 49 yaşlı Daşkəsən sakini bıçaqlandı

Göygöl rayonunda 49 yaşlı Daşkəsən sakini bıçaqlanıb.

 

APA TV-nın qərb bürosunun xəbərinə görə, rayonun Qabaqtəpə kənd sakini, 1967-ci il təvəllüdlü Məhət Abdullayev qarının kəsilmiş-deşilmiş yarası xəsarəti ilə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. Dərhal əməliyyat edilən yaralının vəziyyəti ağır qiymətləndirilir.

 

Əməliyyat tədbirləri zamanı məlum olub ki, Məhət Abdullayev 31 yaşlı həmyerlisi Rasim Əbülfət oğlu Bağırov tərəfindən Göygöl rayonunun Üçtəpə kəndi ərazisində bıçaqlanıb.

 

Göygöl Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində R.Bağırov saxlanılaraq istintaqa təhvil verilib.

 

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Müəllif | Apa.Tv
Azər Məmmədli