Balakəndə sərxoş kişi həmkəndlisini bıçaqladı

Balakəndə sərxoş kişi 35 yaşlı həmkəndlisini bıçaqlayıb. Balakən Rayon Mərkəzi Xəstəxanasından (RMX) APA TV-yə verilən məlumata görə, aprelin 24-də gecə rayonun Talalar kənd sakini, 1981-ci il təvəllüdlü Kamran Siracəddin oğlu Lətifov sol alt çənənin, boyunun ön hissəsinin və sağ sifətin kəsilmiş-deşilmiş bıçaq xəsarətləri ilə xəstəxanaya daxil olub.

 

K.Lətifovun üzərində cərrahiyə əməliyyatı aparıldıqdan sonra xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib, vəziyyəti orta-ağır qiymətləndirilir.

 

Balakən Rayon Polis Şöbəsindən APA TV-yə bildirilib ki, hadisəni K.Lətifovun həmkəndlisi, 1964-cü il təvəllüdlü Şahid Bəşir oğlu Əliyevin sərxoş vəziyyətdə törətdiyi ehtimal olunur.

 

Faktla bağlı Balakən RPŞ-də araşdırma aparılır.

Müəllif | Apa.Tv
Vüqar Heydərov