Bakının mərkəzində döyüş sursatı tapıldı - ƏMƏLİYYAT ANININ GÖRÜNTÜLƏRİ

82 saylı orta məktəbin yaxınlığında, Heydər Əliyev prospekti 101 ünvanında döyüş sursatı tapılıb.

 

Səhər saatalrında bu ərazidə döyüş surstalarının olması haqqında Fövqaladə Hallar Nazirliyinə məlumat verilib. Dərhal hadisə yerinə nazirliyin Xüsusi Riskli Xilastemə Xidmətinin mütəxəssisləri gəlib. Baxış zamanı ərazidə təlim üçün RQD5, 23 ədəd patron tapılıb.

 

APA TV-nin xəbərinə görə, aşkarlanmış sursata baxış keçirilib və sursatın istifadəyə yararsız olduğu müəyyənləşib. Aşkarlanan 23 ədəd patron Nərimanov rayon Polis İdarəsinə təhvil verilib. Təlim üçün nəzərdə tutulmuş RQD-5 əl qumbarası və UZRQM zapalı xilasetmə xidməti tərəfindən götürülüb.

 

Xilasedicilər hüquq-mühafizə orqanlarının əməkdaşları ilə birlikdə əraziyə əlavə baxış keçirib və digər növ şübhəli əşya aşkar etməyiblər. Faktla bağlı araşdırma aparılır.

Müəllif | Apa.Tv