Erməni deputat: "Aprel döyüşlərində Azərbaycana ona görə məğlub olduq ki..."

Ermənistan baş nazirinin sabiq müavini, parlamentin deputatı Hrant Baqratyan Dağlıq Qarabağ cəbhəsində dörd gün boyunca davam edən müharibə zamanı əsgərlərin ölümünə heç də Rusiyanın Azərbaycana satdığı strateji silahların səbəb olmadığı qənaətindədir.

 

APA TV-nin erməni mənbələrinə istinadən xəbərinə görə, o deyib ki, erməni əsgərlərinin ölməsinə əsas səbəb ordunun arsenalında gecəgörmə cihazlarının olmaması, eyni zamanda 25 il əvvəlki rabitə vasitələrinin sıradan çıxması və Müdafiə Nazirliyinin rəhbərliyində ciddi problemlərin mövcudluğudur.

 

Hrant Baqratyan bildirib ki, sadalanan problemləri araşdırmaq üçün müdafiə naziri və Baş Qərargah rəisi təcili olaraq parlamentə çağırılmalı və bu uğursuzluğun səbəblərini izah etməlidirlər.

Müəllif | Apa.Tv
Apa.tv