Ağdaşdan Bakıya qonaq gələn 13 yaşlı uşaq qonşulardan oğurluq etdi

Binəqədi Rayon Polis İdarəsinin əməliyyatçıları ərazidə baş verən iki oğurluq faktının üstünü açıb. Oğurluğu törədən isə 13 yaşlı yeniyetmə olub.

 

APA TV-nin xəbərinə görə, Ağdaşdan qohumlarının evinə gələn Valeh Xankişiyev 21 yaşlı əmisinin həyat yoldaşı İlahə Xəlilovaya onda qızıllar olduğunu bildirib və onları satmaq üçün şəxsiyyət vəsiqəsinə ehtiyacın olduğunu deyib: "Dedim oğurluqdursa, de bilim, dedi yox. Mənimlə getdi, təhvil verdik. Pulu verdim, getsin özünə əyin-baş alsın. Oğurluq olduğunu bilmirdim".  

 

Azyaşlı olduğundan, onun ifadəsini təqdim etməsək də, Valeh qonaq qaldığı 5 gün ərzində yaxınlıqda olan qapısı açıq mənzillərdən oğurluq etdiyini etiraf edib.  

 

Faktı Binəqədi Rayon Polis İdarəsi araşdırır.

Müəllif | Apa.Tv