Erməni multiplikator: "Ermənistanda ciddi inamsızlıq var"

"Ermənistan cəmiyyətində ciddi inamsızlıq var". APA TV-nin erməni mənbələrinə istinadən xəbərinə görə, bu sözləri tanınmış erməni multiplikatoru David Saakyants bildirib.

Cəbhənin ön xəttində yalnız yoxsul ailələrdən olanların xidmət etməsi barədə deyilənləri şərh edərkən, David Saakyants deyib ki, cəmiyyətdə bərabərliyin olmaması və bir təbəqənin özünü digərlərindən üstün tutması insanlar arasında münaqişələrə və bərabərsizliyə səbəb olur. O qeyd edib ki, bu, gecikdirilmədən həll edilməli olan problemlərdən biridir. 

Müəllif | Apa.Tv
Apa.tv