Yəməndə 800 "əl-Qaidə" terrorçusu öldürüldü

Yəməndə 800 "əl-Qaidə" terrorçusu öldürülüb. APA TV-nin Türkiyə mətbuatına istinadən xəbərinə görə, bir ildir "əl-Qaidə"nin əlində olan Mukalla şəhərində hərbi əməliyyatı Yəmən ordusu həyata keçirib.

 

Döyüşlər Səudiyyə Ərəbistanının havadan dəstəyi ilə keçirilib. Mukalla limanı və şəhər aeroportu terrorçulardan azad olunub. 800 terrorçunun məhv edildiyi, öldürülənlər arasında terrorçuların rəhbərlərinin də olduğu qeyd olunur. Bəzi terrorçular isə qaçıb. Mülki şəxslərin ölümü barədə heç bir məlumat verilmir.

 

BMT-nin nəzarətində aparılan Yəmən danışıqları isə Küveytdə davam edir. Aprelin 11-də əldə olunan atəşkəs razılaşmasından sonra Yəmən hökuməti və husi polisləri arasında dərin fikir ayrılıqlarının olduğu bildirilir.

Müəllif | Apa.Tv
Apa.tv