Türkiyə prezidenti Bakıya gəldi

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana işgüzar səfərə gəlib.

 

APA TV-nin məlumatına görə, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

 

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı və xanımı Əminə Ərdoğanı hava limanında Azərbaycanın Baş nazirinin müavini Əli Əhmədov və digər rəsmi şəxslər qarşılayıblar.

 

Qeyd edək ki, Rəcəb Tayyib Ərdoğan Birləşmiş Millətlər Təşkilatının (BMT) Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumuna qatılacaq. 

Müəllif | Apa.Tv