Azərbaycan və Türkiyə prezidentlərinin görüşü olub

Azərbaycan prezidenti İlham Əliyevin və ölkəmizə işgüzar səfərə gələn Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın görüşü olub.

 

APA TV-nin xəbərinə görə, Azərbaycan prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı və xanımı Əminə Ərdoğanı qarşılayıblar.

 

Görüşdə ölkələrimiz arasında strateji tərəfdaşlığa əsaslanan dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə uğurlu inkişafından məmnunluq ifadə edilib. Yüksək səviyyəli görüşlərin əməkdaşlığın inkişafı baxımından önəmi vurğulanıb. Əlaqələrimizin bundan sonra da inkişaf edəcəyinə əminlik bildirilib. Bakıda keçirilən BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunun əhəmiyyəti vurğulanıb və bu tədbirin beynəlxalq əməkdaşlıq işinə töhfə verdiyi bildirilib.

 

Söhbət zamanı ikitərəfli münasibətlər və qarşılıqlı maraq doğuran digər məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.

Müəllif | Apa.Tv