Qubada dağ uçqunu: 90 tonluq qaya parçası avtomobil yoluna düşdü

Ötən gün Quba-Xınalıq yolunda dağ uçqunu baş verib. APA TV-nin xəbərinə görə, yolun 36-cı km-də qaya parçalarının dağdan qoparaq yola yuvarlanması nəticəsində yol bağlanıb. 5 saylı Yol İstismar İdarəsinin sahə rəisi Hilal Sultanov dedi ki, ayın 8-də, saat 23.00 radələrində Quba-Xınalıq yolunda çəkisi 90 ton və 60 ton olan qaya parçaları asfalt yola düşüb, nəticədə nəqliyyatın hərəkəti dayanıb. Gecə saatlarında əraziyə baxış keçirilməsinə baxmayaraq yolun açılmasına nail ola bilmədik. Çəkisi 60 ton olanı parçalayaraq yolun üzərindən götürdük, 90 tonluğu isə götürə bilmədik. Heç cür mümkün olmadı".

 

Daha sonra əraziyə yenidən texnikanın cəlb olunması ilə yolda hərəkət bərpa olunub. Anoloji hal hər il təkrar olunur. Belə ki, havaların yağışlı keçməsi nəticəsində uçqun halları baş verir. 

Müəllif | Apa.Tv
Vəli Turan