Belçikalı nazir müsəlmanlar haqqında bəyanatından geri çəkildi

Ölkəsindəki müsəlmanları Brüssel terroruna sevinməkdə günahlandıran Belçikanın daxili işlər naziri Jam Jambon geri addım atıb.

 

APA TV-nin xəbərinə görə, o, İslamı düşmən etməyin edilə biləcək ən pis şey olduğunu və Belçikadakı müsəlmanların böyük bir hissəsinin ölkə dəyərlərini paylaşdığını bəyan edib.

 

Jam Jambon Avropa Parlamentinin komitə iclasındakı çıxışında bildirib ki, əsas məsələ terrorçuların müəyyənləşdirilməsidir: “Edə biləcəyimiz ən pis şey İslamı düşmən etmək olar. Bu, edilə biləcəklərin ən pisidir. Belçikada 600-700 min müsəlman var. Onların böyük bir hissəsi dəyərlərimizi paylaşır. Bu insanların hamısını düşmənə çevirmək həqiqətən problem yarada bilər. Etməli olduğumuz terrorçuların kim olduğunu, terrorçuları kimin dəstəklədiyini müəyyənləşdirməkdir. Bizə qarşı olmayan müsəlmanları ayırmalıyıq”.

 

Qeyd edək ki, daxili işlər naziri aprelin 16-da verdiyi açıqlamada “Brüssel hücumlarından sonra Belçikadakı müsəlmanları böyük bir hissəsi rəqs edib” demişdi. Jam Jambonun bu bəyanatı etirazlarla qarşılanmışdı.

 

Müəllif | Apa.Tv
Apa.tv