Bakıda mağazadan oğurluq anı kameraya düşdü

Bakıda mağazanın müşahidə kamerası oğurluq anını qeydə alıb. APA TV-nin məlumatına görə, hadisə paytaxtın Nəsimi rayonunda qeydə alınıb.

 

Kamera görüntülərindən görünür ki, marketə iki gənc daxil olur. Onlar bahalı içkilər olan rəfə yaxınlaşırlar. Gənclərdən biri bahalı viskini götürür. Viskini gödəkçəsinin altında gizlədən gənc şübhə oyatmamaq üçün marketdəki digər mallara baxır. Oğrular mallara baxsalar da, heç nə almırlar və marketi tərk edirlər.

 

Market sahibi hadisə ilə bağlı polisə məlumat verib. Polis əməkdaşları kamera görüntüləri əsasında oğruları axtarır.

Müəllif | Apa.Tv
Apa.tv