Düşmən ilk itkiləri açıqladı - SİYAHI

Cəbhə xəttində Azərbaycan mövqelərinə hücuma keçən və cavab zərbələri ilə geri oturdulan Ermənistan silahlı birləşmələri ilk itkiləri açıqlamağa başlayıblar.

 

APA TV-nin məlumatına görə, işğalçı ordu dünən keçirilən əməliyyatlarda verdikləri itkilərin bir qismini açıqlayıb.

 

Erməni mətbuatının yazdığına görə, axşamdan davam edən döyüşlərdə müddətdən artıq hərb xidmət edən, 1992-ci il təvəllüdlü Tiqran Poqosyan və 1972-ci il təvəllüdlü Aram Aruşanyan ölüb.

 

Xatırladaq ki, axşam saatlarından başlayaraq erməni silahlı birləşmələri Azərbaycan mövqelərinə hücuma keçib. Dəqiq cavab zərbələri ilə düşmən itki verərək geri oturdulub. Azərbaycan Silahlı Qüvvələri düşmənin hərbi obyektlərinə ardıcıl zərbələr endirib.

Müəllif | Apa.Tv
Apa.tv