Gənclərdən "Səs ver" kampaniyası
Mərkəzi Seçki Komissiyasının dəstəyi “İrəli” İctimai Birliyi tərəfindən həyata keçirilən “Səs ver” kampaniyası ilə bağlı mətbuat konfransı keçirilib. "Səs Ver" kampaniyası uğurlu nəticələr verdiyini deyən MSK Katibliyinin müdiri Rövzət Qasımov bildirib ki, bu işlə məşğul olan gənclər çox böyük məharətlə hər şeyin öhdəsindən gəliblər. O qeyd edib ki, layihənin ən mühüm hissəsi sabah - səsvermə günü həyata keçiriləcək.
APA TV-nin xəbərinə görə, layihə haqda məlumat verən “İrəli” İctimai Birliyinin sədri Rauf Mərdiyev “Səs ver” kampaniyasının məqsədindən danışıb. Onunu sözlərinə görə, kampaniya çərçivəsində 10-a yaxın ali təhsil müəssisəsində və bölgələrdə “Səs ver” təlimləri keçirilib, məlumatlandırıcı kitablar hazırlanıb, “Səs ver” Çağrı Mərkəzi fəaliyyətə başlayıb. 5 milyondan artıq seçicininin 2 milyonunun , yəni 40 faizinin gənclər olduğunu deyən R.Mərdiyev onların 500 min nəfərinin prezident seçkilərində ilk dəfə səs verəcəyini söyləyib ki, bu da ümumi seçicilərin 10 faizidir.
Qeyd edək ki, layihənin məqsədi seçkilər zamanı səsvermə hüququndan ilk dəfə istifadə edəcək gənclərin maarifləndirilməsi, onların seçkilərdə fəal iştiraka həvəsləndirilməsi, gənclər arasında fəal vətəndaşlığın təbliği, bütün ölkə üzrə ilk dəfə səs verəcək gənclərin şəbəkəsinin yaradılmasını təmin etməkdir.