Bakıda oğul anasını döyə-döyə öldürdü

Bakıda qətl törədilib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA  TV-yə verilən məlumata görə, hadisə Suraxanı rayonunun Hövsan qəsəbəsində qeydə alınıb.

 

Orada yaşayan 78 yaşlı Lidiya Avşarovanın üzərində döyülmə əlamətləri olan meyiti mənzilində tapılıb.
 

Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni münaqişə zəminində törətmiş L.Avşarovanın oğlu, 56 yaşlı İqor Avşarov tutulub.

Müəllif | Apa.Tv
Apa.tv