Tovuzda avtomobil dərəyə aşdı: 4 yaralı

Tovuzda 4 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. APA TV-nin qərb bürosunun məlumatına görə, hadisə rayonun Şamlıq kəndinə gedən yolda baş verib.

 

“VAZ-2107” markalı avtomobilin yoldan çıxaraq dərəyə aşması nəticəsində Tovuz rayonunun Çeşməli kənd sakinləri - 59 yaşlı Zakir Əmiraslanov, 57 yaşlı Validə Əmiraslanova, 28 yaşlı Könül İbrahimova və Gədəbəy rayonunun Poladlı kənd sakini, 51 yaşlı Aybəniz Paşayeva müxtəlif bədən  xəsarəti ilə Tovuz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

 

Xəsarət alanlardan iki nəfərin vəziyyəti orta ağır, digərlərinin vəziyyəti isə normal qiymətləndirilir.

 

Faktla bağlı Tovuz rayon Polis Şöbəsində araşdırma aparılır.

Müəllif | Apa.Tv
Azər Məmmədli