Tramp partiya rəhbərliyinə üsyan etdi: “Praymeriz saxta sistemdir”

Donald Tramp prezidentliyə namizəd olan partiyadaşları Ted Kruz və Con Keysiki tənqid edib. APA TV-nin "Euronews"a istinadən xəbərinə görə, tənqidi fikirlərini o, növbəti çıxışı zamanı səsləndirib.

Donald Trampın bu cür çıxışlarına səbəb bir qədər əvvəl seçki kampaniyası autsayderlərinin milyarderin prezidentliyə vahid namizəd olmasına əngəl olmaq üçün güclərini birləşdirməsi olub. Sözü gedən razılaşma artıq analitiklər tərəfindən "Stop-Tramp" adını alıb.

"Mənim sayəmdə hər kəs respublikaçıların praymerizinin tamamilə saxta və yararsız olduğunu gördü. Bizim saxtakar Hillari Klintona qarşı birləşməyimiz üçün seçkilərdə heç bir şansı qalmayan o iki namizəd getməlidir", - deyə, Tramp bildirib.

Politoloq Terri Meddonun isə məsələyə öz yanaşması var. O deyib ki, T. Kruzla C. Keysikin atdığı addımlar yalnız Donald Trampın xeyrinə işləyir. T. Meddton bildirib ki, əgər belə olmasaydı indiyədək heç kimin tanımadığı bir insan yalnız praymerizlərin nəticələrinə əsasən prezidentliyə namizəd göstərilməzdi. Bununla belə, Ted Kruz və Con Keysik bu günkü praymerizlərdə öz mövqelərini möhkəmləndirməkdə qərarlıdır.

Qeyd edək ki, növbəti ilkin seçkilər Oreqona və Nyu-Meksika ştatlarında keçiriləcək.

Müəllif | Apa.Tv
Apa.tv