Həftənin ilk valyuta hərracı: Mərkəzi Bank 30 milyon dollar aldı


Bu gün Azərbaycan Dövlət Neft Fondu (ARDNF) tərəfindən 50 milyon ABŞ dolları məbləğində vəsait hərraca çıxarılıb.

 

Fonddan "APA-Economics"ə verilən məlumata görə, bu vəsaitdən 4,9 milyon dollar məbləğində vəsait 5 banka və 30 milyon dollar məbləğində vəsait Azərbaycan Mərkəzi Bankına satılıb.

 

Müəllif | Apa.Tv
Apa.tv