Başından güllələnən erməni əsgərinin meyiti tapıldı
Ermənistan ordusu işğal altında saxladığı Azərbaycan torpaqlarında daha bir hərbçisini itirib.
APA TV-nin erməni mənbələrinə istinadən xəbərinə görə, hərbi hissələrin birində əsgərlər arasında silahlı insident baş verib.
Nəticədə müddətli hərbi xidmət keçən əsgər Ovannes Petrosyan başından güllələnib. Onun meyiti hərbi hissənin yaxınlığında tapılıb.
Hadisə ilə bağlı cinayət işi açılıb.