Şəkidə polis zabiti geyimində olan 18 yaşlı qadın tutuldu
Şəkidə polis geyimində qadın tutulub. Bu barədə APA TV-yə Şəki Rayon Polis Şöbəsindən bildirilib.
Məlumata görə, Polis Şöbəsi əməkdaşlarının həyata keçirdiyi tədbirlər nəticəsində polis baş leytenantı geyimində bir qadını şübhəli şəxs qismində saxlanılıb.
Araşdırmalar zamanı onun polis əməkdaşı olmadığı məlum olub. Bakı şəhər sakini olan 1998-ci il təvəllüdlü Sahilə İbrahimxəlil qızı Əfəndiyevanın polis geyimindən hansı məqsədlə istifadə etdiyi araşdırılır.