Sabiq xarici işlər naziri Vardan Oskanyan Ermənistanda yeni partiya yaradır
Ermənistanın sabiq xarici işlər naziri Vardan Oskanyan aprelin 27-də yeni siyasi partiyanın yaradılması ilə bağlı bəyanatla çıxış edəcəyini bildirib.
APA TV-nin erməni mətbuatına istinadən məlumatına görə, bu açıqlamanı sabiq nazir jurnalistlərlə görüşü zamanı verib.
O, yeni partiyaya əsasən kimlərin daxil olacağını açıqlamasa da, onun tərkibinin həm deputatlar, həm də parlamentdə yer almayan siyasətçilərdən ibarət olacağını deyib.
Vardan Oskanyan bütün siyasi qüvvələrlə əməkdaşlıq edəcəklərini bildirsə də, söylənilənlərin əksinə olaraq, sabiq prezident Robert Koçaryanın yeni yaradılacaq siyasi təşkilata heç bir aidiyyətinin olmadığını bildirib.