Azərbaycandan qayıdan Ərdoğandan pilotlara özəl təbrik
Azərbaycandan qayıdan Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan Xorvatiyaya gedərkən təyyarənin kokpitində pilotları təbrik edib.
APA TV-nin məlumatına görə, prezident Ərdoğan bu dəfə pilotların arxasındakı əlavə oturacaqda əyləşib.
Daha sonra mikrofonu götürən Ərdoğan nəzarət-müşahidə məntəqəsi ilə əlaqə yaradıb. Türkiyə prezidenti pilotları Dünya Pilotlar Günü münasibəti ilə həm türkcə, həm də ingiliscə təbrik edib.