Erməni silahlı birləşmələri Tərtər istiqamətində yenidən gərginlik yaratdı - RƏSMİ
Ermənistan Silahlı Qüvvələri aprelin 26-sı, axşam saatlarından başlayaraq cəbhənin Tərtər rayonu istiqamətində Azərbaycan Ordusunun mövqelərini iriçaplı silahlardan atəşə tutub.
Bu barədə APA TV-yə Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Ermənilər Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini 122 mm çaplı D-30 tipli haubitsalardan atəşə tutub.
Hazırda Azərbaycan Silahlı Qüvvələrinin bölmələri tərəfindən düşmənin susdurulması üçün atəş nöqtələrinə qarşı cavab tədbirləri həyata keçirilir.
Müdafiə Nazirliyi bildirir ki, Ermənistan Silahlı Qüvvələri atəşkəs rejimini pozub. Cəbhədə baş verən hadisələrə görə də erməni tərəfi birbaşa məsuliyyət daşıyır.