Türkiyə İŞİD-i "Fırtına" ilə vurdu: 11 ölü

Türk Ordusu  Suriya ilə sərhəd Kilis şəhərinə raket atmaq hazırlığında olan İŞİD terrorçularını zərərsizləşdirib.

 

APA TV- nin məlumatına görə, türk ordusuna məxsus T-155 "Fırtına" özüyeriyən artilleriya sistemi İŞİD-in uzaq mənzilli raket atan hərbi texnikasını vuraraq sıradan çıxarıb. Eyni zamanda əraziyə yaxın 3 mərtəbədən ibarət yaşayış binası da Türkiyə Ordusu tərəfindən vurulub.

 

Türkiyə Müdafiə Nazirliyindən verilən məlumata görə, vurulan binada terrorçular məskunlaşıb. Hadisə nəticəsində ümumilikdə 11 terrorçu öldürülüb.

Müəllif | Apa.Tv
Apa.tv