Erməni deputatdan etiraf: "Orduda ciddi problemlər var"

Ermənistan parlamentinin müdafiə, milli təhlükəsizlik və daxili işlər üzrə daimi komitəsinin sədri Koryun Naapetyan Müdafiə Nazirliyində kadr dəyişikliklərinin davam etdiriləcəyini deyib.

 

APA TV-nin “İnterfax”a istinadən verdiyi məlumata görə, Naapetyan bildirib ki, Müdafiə Nazirliyinin yüksək vəzifəli şəxslərinin istefaya göndərilməsi onların ciddi nöqsanlara yol verməsi ilə bağlıdır. “İstefalar davam etdirilə bilər”, - deyə o əlavə edib.

 

Naapetyanın sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsi zonasında dördgünlük döyüşlər orduda operativ həll tələb edən ciddi problemlərin olduğunu aşkara çıxarıb.

 

Qeyd edək ki, Ermənistan prezidenti ötən gün imzaladığı fərmanlarla müdafiə nazirinin müavinini, Baş Qərargahın Kəşfiyyat İdarəsinin rəisi və rabitə qoşunlarının komandanını vəzifələrindən azad edib.

Müəllif | Apa.Tv
Apa.tv