Bakıda 16 yaşlı oğlanı bıçaqladılar
Bakının Nərimanov rayonunda qanlı hadisə baş verib. APA TV-nin məlumatına görə, rayon ərazisində 16 yaşlı Rəsul Babayev bıçaqlanıb.
Yaralı hadisə şahidlərinin çağırdığı təcili tibbi yardım avtomobili ilə xəstəxanaya çatdırılıb. O, dərhal əməliyyat olunub. Rəsul Babayevi müayinə edən həkim onun qarın nahiyəsindən bıçaqlandığını və həyatı üçün təhlükə olmadığını bildirib.
Hadisə barədə Nərimanov Rayon Polis İdarəsinin 17-ci polis bölməsinə məlumat verilib. Faktla əlaqədar cinayət işi başlanıb, araşdırmalar aparılır.