Dünya bazarında neftin qiyməti kəskin bahalaşıb
Dünya bazarında neftin qiyməti kəskin bahalaşıb. APA TV-nin məlumatına görə, birjaların səhər seanslarında “Brent” markalı neftin bir bareli 46,26 dollardan satılıb. Bu, bir gün əvvəlki qiymətdən təxminən 1,5 dollar bahadır. Qərbi Texas neftinin qiyməti də beş ayın maksimumuna çatıb. Bu gün birjalarda WTI nefti 44,63 dollardan satılıb. Ekspertlər neftin bahalaşmasına Amerika Neft İnstitutunun növbəti hesabatından əvvəl verilən proqnozların səbəb olduğunu bildirir. Bundan başqa dünyada, özəlliklə Cənub-Şərqi Asiya regionunda neftə olan tələbat yenidən artmağa başlayıb ki, bununla bağlı ilk açıqlamalar qiymətlərin bahalaşmasına təsir göstərib.